waplog

Mərkəzi Kitabxanada informasiya texnologiyaları infrastrukturunun qurulması prosesi davam edir


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Ultra Computers” şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni Mərkəzi Kitabxana - İnformasiya Resursları Mərkəzində informasiya texnologiyaları infrastrukturunun qurulması prosesi davam edir.
 
Hazırda AMEA ilə şirkət arasında 125 vahid İT avadanlığın  təhvil-təslimi həyata keçirilir. Mərhələli həyata keçirilən təhvil-təslim prosesinin ilk mərhələsində avadanlığın fiziki mövcudluğu və kitabxananın İnformasiya Resursları Mərkəzində (İRM) yerləşdirilməsinin təsdiqi mərhələsi başa çatdırılıb.
 
 
Növbəti mərhələlərdə isə avadanlıqların işləməsi və bir-biri ilə inteqrasiyası yoxlanılır. Kitabxananın ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Ruslan Kərimov qeyd edib ki, hal-hazırda bununla əlaqədar İRM, “Ultra Computers” şirkəti və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun nümayəndələrindən ibarət komissiya qiymətləndirmə aparır.
 
Şirkətin müəssisədə tətbiq etdiyi mərkəzləşdirilmiş vahid kitabxana sistemi kitabxanadaxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq. Sistemdə oxucuların qeydiyyatı, kitabların sifarişi və alınması, oxucu yerləri üzrə hesabatlılıq, kataloqlaşdırma, arxivləşdirmə, komplektləşdirmə kimi proseslərin izlənilməsi öz əksini tapıb.
 
 
Həqiqət İSABALAYEVA
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL