waplog

“Samsung” şirkəti böyük ölçülü “Galaxy S5” smartfonunu nümayiş etdirib


“Samsung” korporasiyası orijinalla müqayisədə qabaqcıl smartfonun daha təkmil modifikasiyasını nümayiş etdirib. Aparat xarici görünüşcə “Galaxy S5”-dən fərqlənmir, amma texniki cəhətdən nisbətən güclüdür. “Galaxy S5 LTE-A” modeli LTE şəbəkələrini dəstəkləyir, həmçinin 2560×1440 piksel (560 ppi) təsvir ölçülü 5,1 düymlük ekranla təchiz edilib.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Samsung Galaxy S5 LTE-A” 2,5 QHs takt tezlikli “Qualcomm Snapdragon 805” prosessoru, 3 QB əməli yaddaş, 16 meqapiksellik kamera, barmaq izlərinin skaneri, pulsometrlə təchiz edilib. Aparata “Android 4.4” əməliyyat sistemi quraşdırılıb, akkumulyator batareyasının tutumu 2800 milliamper/saat təşkil edir.
 
Smartfon ilk vaxtlar yalnız Cənubi Koreyada 920 dollara satılacaq. “Galaxy S5” smartfonunun daha təkmil versiyasının başqa ölkələrə tədarükü haqda məlumat verilməyib.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL