waplog

“Apple” daha ucuz “iMac” təqdim edib


“Apple” şirkəti yeni “iMac” təqdim edib. Yeni kompüter öncəki ucuz modeldəkindən daha az gücə malik olan prosessor ilə təchiz edilib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, kompüter 1,4 hiqaherz tezlikli “Intel Core i5” prosessoru ilə təchiz edilib. Sərt diskin tutumu 500 qiqabayt təşkil edir.

Yeni “iMac” “Appel” şirkətinin Amerika dükanlarında 1099 dollara satılır. Bu, kompüterin öncəki 2,7 hiqaherz tezlikli prosessorlu modelinin qiymətindən 200 dollar ucuzdur. 
 
Yeni “iMac”ın istehsalı ilə bağlı ilk dəfə 2014-cü ilin aprel ayında şayiələr yayılıb. “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuonun sözlərinə əsasən, yeni ucuz model “Apple” şirkətinə  “HP” və “Lenovo” məhsulları ilə rəqabət aparmağa imkan verir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL