waplog

Gənc istedadlar üçün “Kiçik Akademiya” təşkil edilir


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc istedadlar üçün Kiçik Akademiyanın təşkili” layihəsinə başlayır.
 
 
 Layihənin məqsədi gənc alimlərlə istedadlı gənclər arasında elmi informasiya mübadiləsi işinin təşkili, onlara ixtiraçılıq və elmi innovasiyalarla bağlı, müasir dünyanın yeni yaradıcı ixtisasları haqqında bilik və informasiyaların verilməsi, “Kiçik Akademiya” təşkil etməklə istedadlı gənclərin fəaliyyətinin məqsədyönlü inkişafının təşkilinə yardımçı olmaq və yeni nəsil intellektual gəncliyin formalaşmasına əlavə töhfələr vermək və bu fəaliyyət sahəsində yeni bir təcrübənin əsasını qoymaqdır.
 
 
AGAAMC-dan qeyd edilib ki, layihə çərçivəsində gənclərə müasir dünyanın tələb etdiyi yeni yaradıcı ixtisaslar, müasir kəşf və ixtiralar, “Nobel”çilər haqqında geniş məlumatlar veriləcək. Şagirdlər yeni peşə və ixtisaslara, müasir iqtisadiyyatın tərəqqisinə lazım olan elm sahələrinə yönləndiriləcək.
 
 
 Həmçinin “Kiçik Akademiya” çərçivəsində gənc alimlərlə gənclər, 11-ci sinif şagirdləri arasında disputlar təşkil etmək, dünyada yeni elmi əsasda qurulan müasir karyera mərkəzləri, texnoparklar, biznes inkubatorlar barədə məlumatlar vermək, fikir mübadiləsi aparmaq nəzərdə tutulur. Layihə çərçivəsində 27-29 iyun Qusar, 30 iyun-02 iyul Xaçmaz, 03-05 iyul Şabran, 08-10 iyul İsmayıllı rayonlarında  seminarlar təşkil olunacaq. Seminarlarda orta ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri və məzunlar iştirak edəcəklər.
 
Eyni zamanda yerli təhsil şöbələrinin məsul nümayəndələri, məktəb rəhbərlikləri də tədbirlərdə iştirak edəcəklər.



Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL