waplog

Müəllimlər üçün nəzərdə tutulan “Fənlər üzrə Elektron Təhsil Resursları” təlim paketinə yeni proqramlar daxil ediləcək


Təhsil Nazirliyi və "Mədəd Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən "Fənlər üzrə Elektron Təhsil Resursları" təlim paketinə yeni proqramlar daxil ediləcək. Təlimdə iştirak edən müəllimlər bu proqramların təhsildə imkanları ilə tanış olaraq hazırladıqları resurslarda bu imkanlardan istifadə edəcəklər.
 
Bu barədə məlumat verən "Mədəd Azərbaycan" təşkilatından qeyd edilib ki, 2013-2014-cü tədris ilində "Fənlər üzrə Elektron Təhsil Resursları" təlimlərində Azərbaycanın 12 rayonu və Bakının 11 ümumtəhsil məktəbinin ümumilikdə 660 müxtəlif fənn müəllimi təlim keçib:
 
 "48 saatlıq təlimdə müəllimlər tədris etdikləri fənlər üzrə elektron resurs hazırlamağın yollarını öyrənib, elektron təhsil resurslarının təsnifatı, xarakteri haqqında məlumatlar əldə edib, "MS Office" proqramlarının, "Veb 2.0" alətlərinin və müxtəlif internet resurslarının imkanlarından istifadə etməklə resurs hazırlayıb, praktik olaraq hazırladıqları resursları öz şəxsi bloqlarında və müəllimlər üçün sosial şəbəkələrdə paylaşıblar. Təşkilatımız sürətlə inkişaf edən texnologiyalar dövründə ardıcıl olaraq araşdırmalar aparır və elektron resursların təhsildə yeni imkanları istiqamətində təlim paketini daima təkmilləşdirir. Bu məqsədlə də gələcəkdə təlim paketinə yeni proqramların daxil edilməsi nəzərdə tutulur".
 
 

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL