waplog

Ölkənin bütün banklarında rabitə xidmət haqlarının ödənilməsi mümkündür


Ölkə vətəndaşlarının rahatlığının təmin edilməsi məqsədilə, respublika ərazisində fəaliyyət göstərən banklarda rabitə xidmət haqlarının qəbul edilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi tərəfindən xüsusi proqram təminatı hazırlanıb və ölkədə fəaliyyət göstərən bütün banklar bu sistemə qoşulub.
 
 Hal-hazırda abunəçilər həm Hökumət Ödəniş Portalı (apus.az) vasitəsilə, həm də respublika ərazisində fəaliyyət göstərən bütün bankların filiallarında və şöbələrində rabitə xidmət haqlarını rahatlıqla ödəyə bilirlər. 2014-cü ilin mart ayından istifadəyə verilən bu xidmət əhalinin marağına səbəb olmuşdur və statistika göstərir ki, qısa müddət keçməsinə baxmayaraq bu sistem vasitəsilə aparılan ödənişlərin həcmi durmadan artmaqdadır.
 
Eyni zamanda abunəçilərin rahatlığının təmin edilməsi üçün servis yaradılıb və telefon nömrəsini kompüterə daxil edərkən avtomatik olaraq həmin abunəçinin kommunal kodları və borc məbləğləri ekranda əks olunur.
 
 
Beləliklə də kommunal kodların yadda saxlanılmasına ehtiyac qalmır və təkcə telefon nömrəsini daxil etməklə həm rabitə, həm də kommunal xidmətlərin ödənilməsi mümkün olur.
 
Bu xidmətin bir üstünlüyü də ondadır ki, yığılan vəsait həmin gün avtomatik olaraq aidiyyəti telekommunikasiya müəssisəsinin bank hesabına köçürülür və debitor yaranmır.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL