waplog

“Microsoft” "əşyaların interneti" seqmentini inkişaf etdirəcək


“Microsoft” şirkəti açıq proqram arxitekturasının yaradılması ilə məşğul olan “AllSeen Alliance” konsorsiumunun tərkibinə daxil olub.

Konsorsium televizor, məişət texnikası, işıqlandırma sistemləri və sairə kimi müxtəlif ev qurğularını bir şəbəkədə birləşdirməyə imkan yaradır. Bu ittifaq “Linux Foundation” qeyri-kommersiya təşkilatı və “Qualcomm” şirkətinin dəstəyi ilə yaradılıb.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “əşyaların interneti" texnologiyaları ilə məşğul olan “AllSeen Alliance” konsorsiumuna təxminən 50 şirkət daxildir.

“IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2013-cü ildə "əşyaların interneti" bazarının həcmi 1,9 trilyon dollar təşkil edib və 2020-ci ilədək təxminən 4 dəfə artacaq.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL