waplog

Kompüter Oyunları üzrə VI Dünya Çempionatının təşkili ilə bağlı dəyişikliklər edildi


Məlum olduğu kimi, iyulun 2-də “İeSF”-in (International e-Sports Federation) İdarə Heyətinin növbədənkənar iclası keçirilib. Toplantı zamanı Kompüter Oyunları üzrə VI Dünya Çempionatının (6th e-Sports World Championship BAKU 2014) təşkili ilə bağlı bir sıra dəyişikliklərin edilməsi qərara alınıb.
 
Belə ki, cari ilədək Təşkilat Komitəsi qadınlar və kişilər üçün ayrıca oyunlar keçirirdi.
 
Lakin çoxsaylı müraciətlər nəzərə alınaraq, bundan sonra kişilərin yarışlarının açıq elan edilməsi qərarı qəbul edilib. Beləliklə, bundan sonra həmin növdə qadınlar da öz qüvvələrini sınaya biləcəklər. Qadınlar arasında yarışlar isə əvvəlki tək dəyişməz olaraq qalıb. Azərbaycan Kiberidman Federasiyasının prezidenti Ramil Əliyevin sözlərinə görə, qeyd edilən dəyişikliklərin qəbul olunduğu andan dərhal qüvvəyə minməsi və VI Dünya Çempionatı, eləcə də Milli Seçim Oyunlarında tətbiq edilməsi məqbul hesab olunub.
 
Nəticədə kişilər arasında oyunlara əvvəllər yalnız qadınlar üçün nəzərdə tutulmuş “Tekken Tag Tournament 2” növü də əlavə olunub. Beləliklə, aşağıda sadalanan növlərdə həm qadınlar, həm də kişilər iştirak edə bilərlər.
 
 
“DOTA 2” (komanda eyni vaxtda qadın və kişilərdən ibarət ola bilər);
 
“StarCraftII: Heart of the Swarm”;
 
“Super Street Fighter 4”;
 
“Hearthstone: Heroes of Warcraft”;
 
“Tekken Tag Tournament 2”.
 
Yalnız qadınların qatıla biləcəyi növlər:
 
“StarCraftII: Heart of the Swarm”;
 
“Tekken Tag Tournament 2”.
 
Qəbul edilmiş yeniliklərlə əlaqədar IX Azərbaycan Çempionatının Təşkilat Komitəsi qeydiyyat blanklarında düzəlişlər edib.
 
 
Kişilərin “Tekken Tag Tournament 2” növü üzrə müraciətlərinin qəbuluna artıq başlanılıb.
 
 
“DOTA 2” növü üzrə oyunlarda xanımlar da qeydiyyatda keçə və iştirak edə bilərlər. Bu növ üzrə ehtiyat oyunçuların sayı 3-ə yüksəldilib.
 
 
Bundan əlavə, dəyişikliklərlə bağlı olaraq, iştirakçıların IX Azərbaycan Çempionatına qeydiyyat müddəti iyulun 20-dək uzadılıb. 
 Ərizə formaları:
 
 Fərdi (kişilər və qadınlar):
 
- http://cybersport.az/tournaments/2014/reg/RegistrationForm2014.doc
 
 
Komanda:
 
- http://cybersport.az/tournaments/2014/reg/TeamRegistrationForm2014.doc
 
 
Fərdi (yalnız qadınlar):
 
- http://cybersport.az/tournaments/2014/reg/RegistrationForm2014Qadinlar.doc
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL