waplog

“Vertu” yaxın 5 ildə “Bentley” brendinə məxsus smartfonlar buraxacaq


Britaniyanın “Vertu” telefon istehsalçısı İtaliyanın “Ferrari” şirkəti ilə 7 illik əməkdaşlığına son verib və yaxın 5 ildə “Bentley” brendinə məxsus smartfonlar buraxacaq. “Vertu for Bentley” adlı birinci qurğu oktyabrda istifadəçilərin ixtiyarına veriləcək.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, əməkdaşlıq (kommersiya şərtləri gizli saxlanılır) çərçivəsində şirkət “Vertu for Bentley” smartfonunun beş modelini nümayiş etdirəcək. İlk qurğu oktyabrda istifadəçilərə təqdim ediləcək qiyməti  12 min  avrodan çox olacaq. Smartfonlar məhdud sayda buraxılacaq.
 
"Bu, ilk belə hadisədir ki, biz mobil qurğu istehsalçısı ilə saziş bağlayırıq" – “Bentley”nin nümayəndəsi Culiya Marossi deyib. Qurğu sahibləri üçün mobil tətbiq (məsələn, avtomobil səyahəti üçün tövsiyələr) vasitəsilə eksklüziv məzmun əlçatan olacaq.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL