waplog

Yeni məlumat ötürmə protokolu hazırlanıb


ABŞ-ın “Helium Systems Inc.” şirkəti parametrlərinə görə “WiFi”, “ZigBee”, “Bluetooth” və ya digər məlumat ötürmə protokollarından üstün olan yeni “Helium” məlumat ötürmə protokolu hazırlayıb.  
 
“Helium”un əsas üstünlüyü rekord həcmdə az enerji sərf etməsindədir. Tərtibatçılar qeyd edirlər ki, 10 baytın ötürülməsi üçün 0,026 мА enerjiyə ehtiyac var. Bu, digər məlumat ötürmə protokollarından bir neçə yüz dəfə azdır. Məsələn, hətta enerjiyə qənaətcil “Bluetooth Low Energy” protokolu 10 baytın ötürülməsi üçün təxminən 4,5 мА enerjidən istifadə edir.
 
Qeyd etmək lazımdır ki, bu halda cərəyanın gücünün göstərilməsi modulun həqiqi enerji sərfiyyatını qiymətləndirməyə əsas vermir.  Bununla belə, “Helium” şirkəti məhz bu göstəricini qeyd edir.
 
“Helium” modullu qurğular məlumatların ötürülmə rejimində enerji toplamadan təxminən 765 gün işləyəcək. Müqayisə üçün qeyd edək ki, adi mobil telefonda bu göstərici 1 gün təşkil edir.
 
Lakin “Helium”un tətbiq olunması üçün bir nüans var. Belə ki, bütün qurğular proprietar modullarla təchiz edilməli, eləcə də baza stansiyaları quraşdırılmalıdır. Tərtibatçıların sözlərinə görə, bir baza stansiya 130 kv km ərazini əhatə edir. Hər bir “Helium” modulu fərdi “IPv6” ünvanına malikdir.
 
“Helium” “802.15.4” protokolunun modifikasiya edilmiş versiyasıdır. Tərtibatçılar vurğulayırlar ki, “ZigBee” protokolunu dəstəkləyən qurğular “Helium” ilə iş üçün modifikasiya edilə bilər, - “Xaker www.xakep.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL