waplog

“BlackBerry” şirkəti yeni kvadrat formalı “Passport” smartfonunu nümayiş etdirib


Kanadanın "BlackBerry" şirkəti bu günlərdə yeni "Passport" smartfonunu nümayiş etdirib. "BlackBerry Passport" smartfonu kvadrat formalıdır və iti künclərə malikdir. Şirkətdən bildirilib ki, bu cür forma ofis sənədləri və elektron cədvəllər, həmçinin elektron poçt və korporativ proqram təminatı işləmək üçün əlverişlidir.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətin bloqunda dərc edilmiş məlumata görə, yeni aparat 4,5 düymlük ekran, dördnüvəli çip, "BlackBerry" tətbiqləri kataloquna giriş, iki kamera və 16/32 QB daimi yaddaşla təchiz edilib. Aparatın qiyməti haqqında məlumat yoxdur.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL