waplog

Azərbaycan əhalisi e-ticarət vasitəsi ilə qeyri-ərzaq malları alır


Azərbaycanda elektron ticarətin həcmi artıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
 
DSK-dən bildirilib ki, cari ilin beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-may aylarına nisbətən 20,6 faiz artaraq 1,1 milyon manat təşkil edib. Məlum olub ki, əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 79,7 faizini hüquqi, 20,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.
 
 
DSK e-ticarət əməliyyatlarının daha çox hansı mallar üzərində aparıldığını da müşahidə edib. Komitənin yaydığı məlumata görə, elektron ticarət dövriyyəsinin 90,8 faizini qeyri-ərzaq malları təşkil edib.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL