waplog

“NPD DisplaySearch”: “Planşetlərin satışı ilk dəfə azalıb”


"NPD DisplaySearch" analitik şirkətinin məlumatına görə, cari ilin birinci rübündə planşet kompüterlərin satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə bir qədər azalıb. Proqnozlara görə, 2014-cü ildə təxminən 285 milyon planşet satılacaq. Bu, əvvəlcə gözləniləndən az, 2013-cü ildəkindən isə 14 faiz çoxdur. 2017-ci ilədək artım tempinin 10 faiz azalacağı gözlənilir.

Analitiklərin sözlərinə görə, indiyədək planşetlərin satış sayında artım 4 düym ekranlı ucuz modellərin populyarlığı ilə əlaqədar olub. Hazırda bu seqmentdə də məhsul bolluğu müşahidə olunur. Çinin daxili bazarında çalışan şirkətlər artım tempinin zəifləməsi ilə qarşılaşır, iri şirkətlər bu il üçün plan göstəricilərini azaldır.  

Birinci rübdə noutbukların satışı əksinə, gözlənildiyindən daha yaxşı satılıb. "NPD" analitikləri bunu korporativ alışlar və dəstəklənməsi dayandırılan "Windows XP" sistemli köhnə kompüterlərin əvəzlənməsi ilə əlaqələndirirlər. Lakin ümumilikdə noutbuklar bazarında ultranazik qurğular istisna olmaqla azalma qeydə alınıb.  

Analitik şirkətin məlumatlarını "Samsung" şirkəti tərəfindən dərc edilən birinci rübün nəticələri də təsdiq edir. Belə ki, Cənubi Koreya istehsalçısının nümayəndələri qeyd edirlər ki, 7-8 düym ekranlı planşetlərə tələbat 5-6 düym ekranlı smartfonların populyarlığının artması səbəbindən azalıb, - "Computerworld www.osp.ru" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL