waplog

Bakıda Qlobal Biznes və Texnologiyanın İdarəedilməsinə dair tədqiqatlar müzakirə olundu


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti, Qlobal Biznes və Texnologiyalar Assosiasiyası (GBATA) və ADA Biznes Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən 16-cı Beynəlxalq Konfransın baş sponsorlarından biri oldu.
 
Konfransın əsas məqsədi biznes və texnologiyaların idarə edilməsi sahəsində mövcud olan problemlər və nailiyyətlərə dair müxtəlif mövzuları əhatə edən təqdimatlar vasitəsilə ən son məlumatların mübadiləsini asanlaşdırmaq məqsədilə xüsusi beynəlxalq forumun təşkil edilməsidir.
 
“Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyiş” mövzusunda keçən konfransın əsas məqsədi ictimai/şəxsi sənaye və təşkilatların qarşılaşdığı problemlərə dair fikir mübadiləsini təşviq etməkdir. Konfrans çərçivəsində plenar sessiya, təqdimat, təhlil, “dəyirmi masa", seminar və forumlar keçirilib.
 
Konfransda 50-dən çox ölkədən 400-ə yaxın tanınmış alim və biznes mütəxəssisləri iştirak etmiş və öz universitetlərində keçirilən yüksəksəviyyəli qlobal biznes və texnologiyaların idarəedilməsinə dair tədqiqatlar barədə müzakirələr aparıb.

Azərbaycan informasiya və kommunikasiya texnologiyaları vasitəsilə biznes və texnologiya sahəsində böyük nailiyyətlərə imza atmaqdadır. Ən yüksək texnologiyaları mobil kommunikasiya sahəsində tətbiq etməklə, “Bakcell” şirkəti bu inkişafda öz fəal iştirakı ilə qürur duyur.
 
RƏVAN
                                                                            

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL