waplog

“Eurovision-2012” müsabiqəsi ərəfəsində Azərbaycana məxsus naviqasiya xəritəsi təqdim olunacaq


“Nokia” smartfon istifadəçiləri üçün “Eurovision-2012” müsabiqəsi ərəfəsində Azərbaycanın naviqasiya xəritəsini təqdim edəcək.

Məlumata görə, söhbət “Nokia Maps” marşrutlarını planlaşdırmaq və xəritələrlə işləmək üçün lazım olan proqram təminatından gedir. Sentyabrda proqram test ediləcək.

“Nokia” şirkəti Azərbaycan üzrə naviqasiya servisini 2012-ci ilin yanvar ayında təqdim etməyi planlaşdırır. Qeyd olunan vaxtdan etibarən proqramı “Nokia Store” mağazasında yükləmək mümkün olacaq.

Məlumat üçün bildirək ki, Azərbaycanın naviqasiya xəritəsində magistral yollar və yaşayış məntəqələri göstərilib. Bununla yanaşı, “Nokia Maps” proqramı marşrutların çəkilməsi funksiyasını da daxil edir. “Nokia Maps” kartoqrafiya servisi pulsuz təqdim olunur.

Bu servis şəhərlərin xəritələrini və sxemlərini yükləmək və xəritədə nöqtə kimi qeyd oluna bilən müxtəlif yerlər haqqında məlumatın saxlanması və ötürülməsi üçün istifadə olunur. Xəritələrlə işləmək və marşrutları hesablamaq üçün funksiyalar pulsuz təqdim olunur.

Şəbəkə operatoru məlumatın ötürülməsi üçün ödəmə tələb edə bilər. Əlavə pul ödəməklə istifadəçi sorğu kitabçası və genişləndirilmiş naviqasiya funksiyalarını əldə edə bilər. “Nokia Maps”-ın genişləndirilmiş "GPS” naviqasiya funksiyaları səs təlimatı ilə təmin olunub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL