waplog

Alimlər: “Gələcəkdə istifadəçinin identifikasiyası üçün “elektron DNK”-dan istifadə olunacaq”


Oksford Universiteti alimlərinin fikrincə, gələcəkdə fərdi kompüter və mobil qurğularda təhlükəsiz avtorizənin edilməsi üçün istifadəçilərin vərdişləri və fiziki xüsusiyyətlərindən istifadə ediləcək. Bu barədə “The Guardian” nəşri “Oxford BioChronometrics” şirkətinin rəhbəri Edrian Nilə istinadən məlumat verib.

Tədqiqatçılar müəyyən ediblər ki, mətnin yığılma sürəti, kompüter “maus”unun hərəkət etdirmə üsulu və telefonu əldə saxlama qaydası kimi göstəricilər məlumat autentifikasiyası qismində istifadə oluna bilər. İstifadəçinin bu xüsusiyyətləri “elektron şəkildə müəyyənləşdirilən xarakterik xüsusiyyətlər” və ya “elektron DNK” (electronically Defined Natural Attributes, eDNA) adlanır.

“eDNA biz tədqiqatçılara sizin haqqınızda daha çox məlumat əldə etməyə imkan verir. DNK-nı saxtalaşdırmaq mümkün olmadığı kimi, internetə də özünü başqasının adı ilə qələmə verərək daxil olmaq qeyri-mümkün olacaq. Bu, barmaq izlərinin identifikasiyasından tutmuş, DNK-nın müəyyənləşdirilməsinə keçidə kimi insan haqqında məlumat toplama sahəsində böyük sıçrayışdır”, - E.Nil vurğulayıb. 

“eDNA” vasitəsilə həmçinin insanın sərxoş vəziyyətdə olmasını və ya narkotiklər qəbul etməsini müəyyənləşdirmək olar. “Bu texnologiyanın köməyi ilə insanın indiyədək narkotik qəbul edib-etməməsini çox asanlıqla müəyyən etmək mümkündür. Biz sadəcə insanların özlərini təqdim edərkən saxtakarlığa yol verməmələrini müəyyən etmək üçün məlumat toplayırıq”, - şirkət rəhbəri əlavə edib, - "SecurityLab www.securitylab.ru” yazır.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL