waplog

Azərbaycan Milli Mətbuatı - 139


Yarandığı gündən zəngin və şərəfli inkişaf yolu keçən Azərbaycan Milli Mətbuatı bu gün 139-cu ilini qeyd edir.
 
Daim mütərəqqi çağırışların carçısı kimi milli oyanış və birliyə səsləyən mətbuatımız ənənələrinə sadiq qalaraq, bu gün də milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşdırılmasına öz töhfəsini verməkdədir.
 
Nəşri ilə bütün Qafqazda böyük əks-səda doğuran Milli Mətbuatın sələfi - "Əkinçi" qəzetinin hazırda çoxsaylı xələfləri, o cümlədən yüzlərlə mətbuat orqanı, agentliklər, teleradio şirkətləri, internetin meydana gətirdiyi müxtəlif saytlar peşəkarcasına xalqımızın ali məqsədlərinin həyata keçirilməsinə xidmət etməkdədirlər.
 
Bu tarixi gün münasibətilə bütün Azərbaycan jurnalistlərini ürəkdən təbrik edir, peşə fəaliyyətlərində daim şərəfi, obyektivliyi, yüksək peşəkarlığı öndə tutmağı arzulayırıq!
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL