waplog

Bölgələrdə onlayn media inkişaf etdirilir


Azərbaycan bölgələrində onlayn medianın inkişafı üçün son zamanlar çoxsaylı işlər görülüb və görülməkdədir.
 
Rayon və kənd yerlərində yaşayan əhalinin informasiya-kommunikasiya texnologiyalarından daha çox istifadə etməyə başlaması, internetin ən ucqar kəndlərə qədər gedib çıxması, “Beynəlxalq hörümçək toru”na qoşulanların sayının artması bu istiqamətdə həyata keçirilən layihələri daha da intensivləşdirib.
 
Artıq bu gün rayonlarda baş verən bütün ictimai-siyasi hadisələrin, sosial-mədəni olayların həmin yaşayış massivinin adı altında fəaliyyət göstərən internet resurslarında yayılmasına çalışılır. Bu məqsədlə Ağsunun da inkişaf və qayğılarının xəbərləşdirilməsi üçün yeni layihəyə start verilib. Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Milli Mətbuat günündə “www.agsunews.az” xəbər portalının yaradılmasını elan edib.
 
Portaldan bildirilib ki, hələlik xəbərlər könüllülük əsasında hazırlanaraq sayta yerləşdiriləcək. Layihə özünü doğrultduğu halda müvafiq şərtlərlə müxbirlərin cəlb olunmasına başlanılacaq.
 
Daha çox ictimai, sosial, iqtisadi, mədəni, turizm eləcə də elmi mövzularda xəbərlərin paylaşılacağı portalda Ağsu haqqında əksər vacib məlumatların yerləşdirilməsi də nəzərdə tutulub.
 
 
Ağsudakı rəsmi qurumlarla, qeyri-hökumət və kommersiya təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan portal rayon əhalisinin onlayn media sahəsində maariflənməsi üçün də layihələr həyata keçirməyi planlaşdırır.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL