waplog

Avropa Mərkəzi Bankının saytına müdaxilə olunub


Avropa Mərkəzi Bankının (AMB) saytına hakerlər tərəfindən müdaxilə olunub. Bu barədə AMB-nin məlumatında deyilir. Müdaxilə nəticəsində saytda qeydiyyatdan keçən istifadəçilərin elektron poçt ünvanları və digər məlumatlar oğurlanıb. Bu məlumatlardan bankın tədbirlərinə dəvət üçün istifadə olunub.

Bankdaxili kompüter şəbəkəsinin və bazara təsir edə biləcək məlumatların AMB-nin internetə qoşulmuş sistemlərinə aidiyyəti olmadığına görə onlara müdaxilə olmayıb.  

Oğurlanan məlumatlar əsasən şifrlənmiş şəkildə saxlanılıb, lakin bəzi ünvanlar, telefon nömrələri və buna oxşar informasiyanı oxumaq mümkün olub.

AMB nümayəndələri bəyan ediblər ki, məlumatların mühafizəsi üçün əllərindən gələni edəcəklər. Müdaxilə barədə məlumat Almaniya polisinə ötürülüb və araşdırmalara başlanılıb, - "Lenta www.lenta.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL