waplog

“Elektron hökumət” portalında e-xidmətlər üzrə 100-ə yaxın istifadəçi təlimatı yerləşdirilib


Bütün vətəndaşlarımızın İKT üzrə savadlılıq səviyyəsi eyni olmadığından, bir sıra e-xidmətlərdən istifadə zamanı istifadəçilər çətinlik çəkirlər.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) bu səbəbdən hal-hazırda portalda yerləşdirilmiş 351 e-xidmət üzrə istifadəçi təlimatlarının hazırlanıb portalda yerləşdirilməsinə zərurət yarandığını qeyd edir.
 
Mərkəzdən verilən açıqlamaya görə, heç də bütün dövlət qurumlar tərəfindən təlimatlar hazırlanıb təqdim olunmayıb.
 
Prosesin sürətləndirilməsi məqsədilə “Elektron hökumət” portalının inzibatçıları tərəfindən bütün qurumların e-xidmətləri üzrə istifadəçi təlimatlarının hazırlanılmasına başlanılıb. Təxminən 100-ə yaxın istifadəçi təlimatı hazırlanaraq portalda E-xidmətlər bölməsində xidmətlərin qarşısında yerləşdirilib. Bundan əlavə portalda bir sıra e-xidmətlərdən istifadə edilməsi qaydaları haqqında videotəlimatlar da yerləşdirilib. Bu prosesin davam etdirilməsi və bütün e-xidmətlər üçün istifadəçi təlimatlarının və videotəlimatların hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub. Məqsəd vətəndaşların xidmətlərdən istifadə qaydaları ilə tanış olmaları, xidmətdən istifadə üçün minimal biliklərin mənimsənilməsidir.
 
Qeyd edək ki, eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq edilmiş bütün e-xidmətlər üzrə inzibati reqlamentlər hazırlanaraq təsdiq edilməlidir. İnzibati reqlamentlərdə elektron xidmətin adı, məzmunu, hüquqi əsası, digər icraçılar, elektron xidmətin göstərilməsinin nəticəsi, inzibatı prosedurları və s. kimi məlumatlar öz əksini tapmalıdır. Hal-hazırda 233 e-xidmət üzrə inzibati reqlamentlər portalda yerləşdirilib və digər xidmətlər üzrə də inzibati reqlamentlərin portalda yerləşdirilməsi üçün dövlət qurumları ilə birgə işlər görülür.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL