waplog

“Microsoft” şirkəti yeni smartfonlarının buraxılışına hazırlaşır


“LumiaX” “Android”-smartfonlarının istehsalını dayandıran “Microsoft” şirkəti “Windows Phone 8” mobil əməliyyat sistemi ilə idarə edilən “Lumia” smartfonlarının istehsalını bərpa etmək niyyətindədir.
 
Belə ki, amerikalılar öz pərəstişkarlarını yeni premium klass-modelləri ilə sevindirə bilərlər. Bu dəfə rəqəmli identifikatorlar əvəzinə modellər maraqlı adlar alacaqlar. Bu, selfi həvəskarları üçün nəzərdə tutulmuş ideal seçim olacaq 5 meqapikselli kamera ilə təchiz edilmiş “Superman” smartfonu və “PureView” fotomoduluna malik olacaq “Tesla”dır.
 
“Superman” smartfonu 720p ölçülü 4,7 düymlük displey, 1,2 HHz vəzn tezlikli dördnüvəli prosessor, 1GB əməliyyat və 8 GB quraşdırılmış yaddaş ilə təchiz ediləcək.
 
“Tesla”nın isə “Microsoft”un yeni flaqman smartfonu olacağı gözlənilir, lakin bu model haqda ətraflı məlumat təqdim edilmir və istifadəçilər rəsmi anonsu gözləməli olacaq. Bu arada ağ qızıldan hazırlanacaq “iPhone 6” 8,7 min dollara qiymətləndirilib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL