waplog

Azərbaycanda neolitə aid ən qədim yaşayış yerini müəyyən etmək üçün Tokio Universitetində radiokarbon analizi aparılıb


Tovuz rayonu ərazisində yerləşən və e.ə. VI minilliyin I yarısına aid Göytəpə neolit yaşayış məskənində qədim yaşayış kompleksinin ərazisi də daxil olmaqla nəzərdə tutulmuş arxeoparkın inşası üçün ilkin virtual layihələndirmə işləri aparılıb.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevin bildirdiyinə görə, başçılıq etdiyi ekspedisiya bu ilin təqvim-planı üzrə Tovuz rayonunda nəzərdə tutulmuş tədqiqat işlərinin ilkin mərhələsini yekunlaşdırıb:
 
 “Göytəpə arxeoloji kompleksindən təqribən 1 kilometr qərbdə yerləşmiş Hacıəllamxanlı qədim yaşayış məskəninin tədqiqi davam etdirilib. Məskəndən aşkar edilmiş üzvü qalıqların üzərində Tokio Universitetində aparılmış radiokarbon analizi Hacıəllamxanlı yaşayış məskəninin e.ə. VII minilliyin ortalarına aid olduğunu göstərib. Beləliklə, Hacıəllamxanlı yaşayış məskənini Azərbaycanda neolitə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar”.
 
 
 
Həqiqət İSABALAYEVA  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL