waplog

Ekvador dünyada ilk dəfə “dövlət bitkoini” buraxan ölkə ola bilər


Dünyada rəsmi dövriyyəyə ilk virtual pul buraxan ölkə Ekvador ola bilər.
 
“ICTnews” xəbər xidmətinin “www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, hazırda dollarla yanaşı istifadə edilə biləcək virtual valyutanın yaradılması haqda qanun Ekvadorun prezidenti Rafael Korrea tərəfindən imzalanmasını gözləyir. Daxili hesablaşmalar üçün nəzərdə tutulan virtual valyutanın bu ilin oktyabr ayında dövriyyəyə buraxılması gözlənilir.
 
İki həftə öncə Korrea tərəfindən irəli sürülmüş müvafiq qanun layihəsi konqres tərəfindən müsbət qarşılanıb. “Bloomberg” agentliyi Ekvador valyutasını “bitkoinə oxşar” adlandırıb, lakin onun emissiyası ilə bağlı heç bir texniki təfərrüatı  ictimaiyyətlə bölüşməyib.  
 
Hazırda Ekvadorun özünə məxsus valyutası yoxdur və ölkə ödəniş vasitəsi kimi ABŞ dollarından istifadə edir.
 
Ehtimal edilir ki, virtual valyuta dövlətə ABŞ dolları defisitinin qarşısını almaqda kömək edəcək.
 
Yeni pul vəsaitlərinin idarə edilməsi ilə xüsusi orqan məşğul olacaq, orqanın Ekvadorun mövcud valyuta-maliyyə komitəsi olacağı gözlənilir. Valyuta satıla bilən aktivlərlə təmin ediləcək.

Ekvadorun bitkoin istifadəçiləri birliyi hökumətin bu qərarı ilə bağlı açıq məktubla ölkə rəhbərliyinə müraciət edərək bildirib ki, yaradılacaq sistem virtual valyutanın anonimlik və desentralizasiya kimi üstünlüklərindən məhrum olacaq.
 
Qeyd edək ki, Ekvador hökuməti bu il iyulun 23-də bitkoin valyutasının istifadəsinə qadağa qoyaraq maliyyə sisteminin islahatına başlayıb.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL