waplog

İnsan beyninin analoqu olan çip hazırlanıb


“IBM” tədqiqatçıları insan beyninin analoqu üzrə yaradılmış “SyNAPSE” prosessorunu təqdim ediblər. 1 milyon süni neyron və 256 milyon sinapsdan istifadə edilən çip real vaxt rejimində işləyir. Çip “Cornell Tech” universiteti ilə əməkdaşlıq şəraitində “Samsung”un 28 nanometrlik texnologiyası üzrə hazırlanıb.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “SyNAPSE” ilk neyrosinaptik kompüter çipidir. 1946-cı ildən müasir kompüterlərin əksəriyyətində istifadə olunan fon Neyman arxitekturası bu çipdə tətbiq olunmayıb. Bu həll 5,4 milyard tranzistordan istifadə edir, sərf edilən güc 70 millivattı ötmür ki, bu da istənilən müasir mikroprosessorla müqayisədə aşağıdır. Müqayisə üçün, fərdi kompüterlərə quraşdırılmış “Intel” şirkətinin indiki çipləri 1,4 milyard tranzistordan ibarətdir və 35-140 vatt enerji sərf edirlər.
 
“IBM” "bioloji" çipin hazırlanmasını 10 ildir ki aparır. 2008-ci ildən etibarən layihə ABŞ-ın DARPA agentliyi tərəfindən maliyyələşdirilir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL