waplog

“Samsung” üçtərəfli displeyə malik olan smartfonun istehsalına başlayıb


“Samsung” şirkətinin üçtərəfli “Samsung Youm” displeyli smartfonun istehsalına başlamaq fikri olduğu haqda şayiələr artıq uzun müddətdir ki, gündəmdədir.
 
“ICTnews” xəbər xidmətinin “www.ferra.ru” saytına istinadən verdiyi məlumata əsasən, ən son yeniliklərə görə “Samsung” artıq bu smartfonun məhdud sayda istehsalına başlayıb.
 
Ehtimal edilir ki, qeyri-adi displeyə malik olan aparat, bu ilin sentyabr ayında təqdim ediləcək yeni "Galaxy Note 4”-ün modifikasiyalarından biri olacaq.
“Samsung”un mütəxəssisləri hesab edirlər ki, bu cür displey smartfonun  üzlüyünü böyüdəcək və bir sıra əlavə imkanlar yaradacaq. Smartfonu tələb olunan formaya salmaq üçün plastik əsasdan istifadə etmək lazım olacaq, bu da gündəlik həyatda o qədər  rahat deyil.
 
Məhz buna görə də model məhdud sayda istehsal ediləcək və ilkin mərhələdə “Samsung”un vətənində satılacaq, bir müddət sonra isə onun “Galaxy S4 LTE-A” kimi  artıq dünya bazarına çıxarılması mümkün ola bilər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL