waplog

“Wi-Fi” şəbəkəsinə qeyri-adi üsulla müdaxilə olunub


Təhlükəsizlik üzrə mühəndis Cin Bransfild boğazına distant müdaxilə  modullu xalta taxılmış pişiyin köməyi ilə “Wi-Fi” şəbəkəsinə çıxış əldə edib. Bu barədə Bransfildin Las-Veqasda keçirilmiş “Defcon” haker konfransında təqdim etdiyi hesabata istinadən “Engadget” nəşri yazıb.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mühəndis deyir ki, boğazına haker xaltası taxılmış pişiyi gəzdirərkən o, öz qonşusunun routerinə müdaxilə edib. Beləliklə o, qonşusunun “Wi-Fi” şəbəkəsinə və  hətta kompüterinə giriş əldə edib.

Məlum olub ki,  “WEP” şifrələnmə protokolundan istifadə edən çıxış nöqtələrinə müdaxilə edilib. Bu protokol simsiz şəbəkənin təhlükəsizliyini təmin etmir. Hazırda ekspertlər “Wi-Fi” şəbəkəsinin təhlükəsiz tətbiqi üçün “WPA” və “WPA2” şifrələnməsindən istifadəni tövsiyə edirlər.

Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL