waplog

Yeni “iPad” istehsalına başlanılıb


“Bloomberg” agentliyi məlumat verir ki, “Apple” tədarükçüləri yeni nəsil “iPad” planşetlərinin istehsalına başlayıblar.
 
9.7 düymlük diaqonallı ekranla təchiz edilmiş yeni “iPad” planşetlərinin elanı ya cari ayın sonunda, ya da növbəti rübün əvvəlində gözlənilir. Həmçinin yeni nəsil “iPad mini” planşetlərinin istehsalına başlanılıb ki, qurğunun ilin sonunda çıxarılacağı gözlənilir.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tam ölçülü “iPad” modeli yeni parıltı əleyhinə ekranla təchiz ediləcək ki, bu da ekranda informasiyanı parlaq işıqda oxumağa icazə verəcək.
 
Ehtimal edilir ki, “Apple” şirkəti planşetləri “Touch ID” barmaq izi skaneri ilə təchiz edəcək. “MacRumors” nəşri yazır ki,  planşetlər daha güclü “A8” prosessoru, tam ölçülü “iPad” planşeti isə təkmilləşdirilmiş 8 meqapiksellik kamera ilə təchiz edilə bilər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL