waplog

Azərbaycanda döyüş maşınları kompüterləşdirilib


 
Azərbaycan istehsal etdiyi silahlara informasiya-kommunikasiya texnologiyalarını inteqrasiya edib. Belə ki, ölkədə istehsal olunan  döyüş maşınları kompüterləşdirilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn ay Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisində yerli mütəxəssislər tərəfindən hazırlanan yeni döyüş texnikalarını ilk dəfə ictimaiyyətə təqdim edəcək.
 
Artıq yeni döyüş maşınları ilk testlərdən keçib. Onların üzərində müəyyən təkmilləşmə işləri aparılıb.
 
Maşınlar mina və güllələrə qarşı yüksək qorumaya malikdir və yerli istehsal olan döyüş modulu ilə silahlandırılıb. Hər iki döyüş maşının idarəetmə sistemi kompüterləşdirilib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL