waplog

Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə “83-cü Beynəlxalq İzmir Sərgisi” keçiriləcək


Cari ilin 29 avqust - 2 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində “83-cü Beynəlxalq İzmir Sərgisi”nin keçirilməsi nəzərdə tutulub.
 
Sərgi Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin dəstəyi və “İzmir Fuarcılık A.Ş.” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
 
Bu barədə məlumat verən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, sərgidə logistika sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulub.
 
 Cari ildə sərginin təxminən 80 min kvadrat metr ərazidə təşkil olunacağı, tədbirə 1000-dən çox yerli və xarici nümayəndənin iştirakı və 2 milyona yaxın ziyarətçinin qatılması gözlənilir.
 
 
H.İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL