waplog

Gəncə və Şəki şəhərləri üzrə elektron kadastr məlumat bazasının yaradılması istiqamətində tədbirlər görülür


Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Gəncə və Şəki şəhərləri üzrə elektron kadastr məlumat bazasının yaradılması üçün məsləhətçi şirkətin seçilməsi üzrə təkliflər sorğusu elan edib.
 
Komitədən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata əsasən, sorğu Dünya Bankının "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində keçirilir.

Sorğuda qalib gələn şirkət nəzərdə tutulmuş işləri 4 ay ərzində həyata keçirməlidir. İddiaçıların sənədləri bu il sentyabrın 5-dək qəbul olunur.

Dünya Bankı "Daşınmaz əmlakın qeydiyyatı" layihəsinin həyata keçirilməsinə 30 milyon dollar kredit ayırıb.
Layihənin məqsədi daşınmaz əmlakın qeydiyyatı üzrə etibarlı, şəffaf və effektiv sistemin yaradılmasıdır. Azərbaycan hökuməti öz növbəsində layihənin reallaşdırmasına daha 8 milyon dollar ayıracaq.

Layihə daşınmaz əmlakın avtomatlaşdırılmış sistemlər vasitəsi ilə onlayn rejimdə qeydiyyatını, dövlət daşınmaz əmlakının idarəetmə sistemlərinin tətbiqini və müvafiq treninqlərin keçirilməsini nəzərdə tutur.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL