waplog

Çin orbitə Yer səthinin müşahidəsi üçün yeni peyk buraxıb


Çinin “Taiyuan” kosmodromundan orbitə Yer səthinin zondlaşdırılması üçün “Gaofen-2” peykinin uğurlu buraxılışı həyata keçirilib. Peykin göyərtəsində təsvir ölçüsü bir metr təşkil edən optik aparat quraşdırılıb.
Mütəxəssislərin məlumatına görə, hazırda “Gaofen-2” Çin istehsalı olan ən güclü optik sistemlə təchiz edilib və yüksək dünya standartlarına uyğundur.


“Gaofen-2” peykinin uğurlu startı yüksəkdəqiqlikli sənaye sahəsində mühüm proqramın nəticəsidir və distansiyalı zondlaşdırma kosmik aparatları üçün yeni dövrün başlanmasından xəbər verir”, - Çin Müdafiə Elm, Texnika və Sənaye Komitəsi rəisinin müavini Çjan Tsyanxua deyib.


Qeyd olunur ki, peyk Yer səthinin zondlaşdırılması üzrə dövlət layihəsinin vacib hissəsi olmaqla yüksək manevrliyi və dəqiqliyi ilə seçilir. Aparat Çinin Yer Resursları, Nəqliyyat nazirliklərinin, Meşə Təsərrüfat İşləri İdarəsi və digər qurumların marağı üçün fəaliyyət göstərəcək.


Peyk tərtibatçılarından biri - Dövlət Kosmik Elmi-texniki Korporasiyasının baş mühəndisi Ma Şitszyunun sözlərinə görə, “Gaofen-2”nin hazırlanması bir neçə sahədə texnoloji tərəqqiyə nail olmağa imkan verib. Birincisi, çəkilişi bir metr təsvir ölçüsündə aparmaq qabiliyyətinə malik aparat, eləcə də multispektral optika əsasında məlumatların toplanması sistemi yaradılıb. İkincisi, peykdə kütlə məhdudiyyətinə görə uzunfokuslu optikanın yerləşdirilməsinin çətinliyi ilə bağlı uzun müddət davam edən məsələ həllini tapıb. Bundan başqa, hərəkət edən manevrli avadanlıqda çox dəqiq çəkiliş və yüksəkdəqiqlikli coğrafi mövqe imkanı həyata keçirilib, həmçinin aşağıorbitli peykin istismar müddəti uzadılıb və onun möhkəmlik xüsusiyyətləri artırılıb.  


Aparat çərşənbə axşamı “Chancheng-4” (Long March-4) raketdaşıyıcısı ilə buraxılıb. Orbitə Çin peyki ilə birlikdə Polşanın maraqları naminə fəaliyyət göstərəcək kiçik peyk də çıxarılıb. Mütəxəssislərin sözlərinə görə, ötən ilin dekabrında texniki zədələnmə nəticəsində Braziliya peykinin itirildiyi raketin qəzalı startından sonra çinli mühəndislər tərəfindən bir sıra diaqnostik işlər görülüb və mümkün nasazlıqlar aradan qaldırılıb, - “İTAR-TASS” www.itar-tass.com yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL