waplog

Hindistanda bağlamalar pilotsuz uçan aparatlarla çatdırılacaq


“Amazon” şirkəti tərəfindən bağlamaların pilotsuz uçan aparatlarla çatdıracağı ilk ölkə Hindistan ola bilər. Bu barədə Hindistanın “The Economic Times” nəşri məlumat verib.

Məlumata görə, şirkət pilotsuz uçan aparatlardan anbarlarının yerləşdiyi Mumbay və Banqalor şəhərlərində istifadəyə başlayacaq.  


“Amazon” malların çatdırılması üçün “Amazon’s Prime Air” aparatını 2013-cü ilin dekabrında nümayiş etdirib. ABŞ-da şirkət bu xidməti özəl şirkətlərə pilotsuz uçan aparatlardan istifadəni qadağan edən qanunvericilik səbəbindən işə sala bilmir.

Hindistanda isə bu məsələ ilə bağlı məhdudiyyət yoxdur. Orada pilotsuz uçan aparatlardan fotoçəkiliş, tədqiqat və ətraf mühitin mühafizəsi üzrə layihələrdə istifadə olunur. Hindistan Baş Mülki Aviasiya İdarəsindən “Amazon”un bağlamaların çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadəsi ilə bağlı planlarından məlumatsız olduqları bildirilib.

Məlumat üçün qeyd edək ki, “Amazon’s Prime Air” səkkiz propellerli pilotsuz uçan aparatdır. Hazırda şirkət qurğunun çəkisi 25 kq, sürəti saatda 80 km təşkil edəcək və çəkisi 2,26 kq-dək malları daşıyacaq yeni modelini hazırlayır. Göndərişlərin 86 faizi bu rəqəmdən artıq olmur. Pilotsuz uçan aparatla bağlamanın çatdırılma müddəti 90 dəqiqədən üç saatadək təşkil edəcək, - “theRunet” www.therunet.com yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL