waplog

Elektron cihazlardan imtina kommunativ bacarıqları xeyli yaxşılaşdırıb


ABŞ psixoloqlarının araşdırmasına əsasən, beş günü smartfonsuz keçirən altıncı sinif şagirdləri öz həmsöhbətlərinin emosional əhval-ruhiyyəsini daha yaxşı anlamağa başlayıblar. Bu tədqiqat “Computers in Human Behavior” jurnalının internet versiyasında dərc edilib.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Los-Ancelesdə yerləşən Kaliforniya universitetinin əməkdaşları rəqəmli kommunikasiya vasitələrindən sürəkli istifadənin həmsöhbətin emosiyalarını anlamaq qabiliyyətinə mənfi təsiri haqda fərziyyəni yoxlamaq qərarına gəliblər. Buna görə məktəbliləri iki qrupa ayırıblar. 51 məktəblidən ibarət birinci qrup yay elmi düşərgəsində beş gün qalıb, ikinci qrup (54 məktəbli) isə evdə yaşayıb: onlar növbəti ay düşərgəyə getməli idilər. Düşərgənin qaydalarına görə, iştirakçılara elektron qurğulardan istifadə qadağan edilib.
 
Düşərgəyə getməzdən əvvəl və sonra hər iki qrup altıncı sinif şagirdlərinə şən, kədərli, acıqlı və qorxmuş sifətli 48 şəkil göstərilib. Sonra uşaqlardan bu emosiyaları ifadə etmək xahiş edilib. Düşərgəyə gəlməzdən əvvəl keçirilmiş birinci sınaq tapşırıqlarında bütün iştirakçılar orta hesabla 14 səhvə yol veriblər. İkinci sınaq zamanı (elektron cihazlardan imtina) iştirakçılar arasında bu göstərici azalaraq doqquz olub. Məktəblilər deyiblər ki, onlar gündəlik orta hesabla dörd saat yarım SMS mesaj yazır, televizor izləyir və videooyun oynayırlar.
 
"Şəxsi ünsiyyət lazımdır. İnsanlarla ünsiyyət azlığı mühüm sosial bacarıqların itməsi ilə nəticələnir" – tədqiqatın aparıcı müəllifi Yalda Uls bildirib.
 
Emil Hüseynov
 
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL