waplog

Tələbələr üçün təşkil edilən səkkizinci “Proqramçıların Yay Məktəbi” təlimləri başa çatıb


Tələbələrin proqramlaşdırma üzrə respublika və beynəlxalq olimpiadalara hazırlığı məqsədilə həyata keçirilən “Proqramçıların Yay Məktəbi” təlimləri başa çatıb. Sayca səkkizinci olan bu təlimlər Qafqaz Universitetində (QU) Kompüter Mühəndisliyi bölməsinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə təşkil edilib. QU-dan qeyd edilib ki, təlimlərin aparılması üçün xarici ölkələrdən alimlər də təlimçi kimi dəvət ediliblər:
 
“Təlimlər əsasən ACM ICPC Beynəlxalq Proqramlaşdırma Olimpiadasına hazırlıq məqsədi daşıyıb. Təlimlərdə Qafqaz Universitetinin Kompüter Mühəndisliyi, İT və Sistemləri Mühəndisliyi, Riyaziyyat və İnformatika Müəllimliyi bölməsinin tələbələri iştirak ediblər. Səkkiz gün intensiv davam edən təlimlər hər gün təlimçilər tərəfindən seminarların verilməsi və praktik onlayn müsabiqə və məsələlərin həllinin müzakirəsi formatında aparılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib”.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL