waplog

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi “Azerspace-1” peyk resurslarından istifadə olunaraq yayımlandı


Dünən baş tutmuş Türkiyənin 12-ci prezidenti R.T.Ərdoğanın andiçmə mərasimi Türkiyənin TRT kanalı tərəfindən milli peykimiz “Azərspace-1” üzərindən yayımlanıb. Ümumilikdə, “Azərkosmos”un Türkiyə yayım bazarında göstərdiyi xidmətlər bir çox uğurlu layihələrin həyata keçməsinə yol açıb. Türkiyənin bir çox məşhur kanalında yayımlanan proqramlar “Azerspace-1” peykinin resurslarından istifadə edərək ekranlara gəlir.
 
Peykin xidmətlərindən xüsusilə idman proqramlarının yayımında geniş istifadə olunur. “LigTV” kanalında nümayiş olunan futbol və basketbol oyunlarını, 2014-cü ildə keçirilmiş futbol üzrə Türkiyə kuboku, bu ilin 25 avqust tarixində  baş tutmuş “Fənərbahçe”-“Qalatasaray” final maçı “Azərspace-1” peykinin tutumlarından istifadə olunmaqla yayımlanıb.
 
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL