waplog

Bir çox rayonda telekommunikasiya infrastrukturunun genişlənməsi üzrə işlər həyata keçirilir


“Bakı 2015” Avropa Oyunlarının tələblərinə uyğun olaraq bir çox rayonlarda telekommunikasiya infrastrukturunun genişlənməsi üzrə işlər həyata keçirilir.
 
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.
 
Nazir qeyd edib ki, bütün ölkə üzrə ümumi telekommunikasiya, internet infrastrukturunun inkişafı Dövlət Neft Fondu ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə həyata keçirdiyi “Bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksəksürətli fiber-optik şəbəkənin qurulması” layihəsi çərçivəsində aparılır:
 
“Bu layihə texniki səbəblərdən müəyyən qədər ləngiyib. Lakin artıq bu məsələlər də öz həllini tapıb və yaxın vaxtlarda biz layihənin həyata keçirilməsini, lazımi tenderlərin elan olunmasını, özəl şirkətlərin cəlb olunmasını təmin edəcəyik. Bu da öz növbəsində təkcə Bakını yox, ölkə ərazisini əhatə edəcək”.
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL