waplog

“Acer” şirkəti “IFA-2014” sərgisinin mobil proqramına start verib


"Acer" şirkəti yaxın günlərdə Berlində keçiriləcək "IFA-2014" elektronika sərgisi ərəfəsində noutbuk, planşet və smartfonunu təqdim edib.
 
Berlində keçiriləcək "IFA" sərgisinin 5 sentyabr tarixində start götürməsinə baxmayaraq, bəzi şirkətlər artıq öz məhsullarını təqdim edib.
 
"Acer" məxsusi "BYOC" texnologiyasını (Build Your Own Cloud, öz buludunu yarat) dəstəkləyən noutbuk, planşet və smartfonlarını təqdim edib. Nəticədə qurğuları başqa cihazlardan fayl, musiqi və filmlərə giriş imkanına malik "bulud" saxlancına çevirməyə imkan verir.
 
 
 
 
 
Noutbuklar

 
"Acer" şirkəti " Aspire R13" noutbuk-transformerini təqdim edib. Cihaz "FullHD" (1920x1080 nöqtə) və ya WQHD (2560x1440 nöqtə) təsvir ölçülü 13,3 düymlük ekrana malikdir. Noutbukun xüsusiyyəti çərçivə daxilində ekranın fırlanma imkanına malik olmasıdır. Noutbukun çəkisi təxminən 1,5 kiloqramdır. Avropada modelin satışlarına noyabrda başlanılacaq.
 
"R14" modeli HD (1366x768 nöqtə) təsvir ölçülü 14 düymlük sensor ekrana malikdir. Noutbukun ekranı 360 dərəcə qatlana bilir. Avropada modelin satışları oktyabrın ortalarına planlaşdırılıb. Həmçinin məhsuldar "Acer Aspire V Nitro" modeli nümayiş etdirilib.
 
 
Hibrid qurğular

"Aspire Switch" seriyasına məxsus hibrid qurğuları həm noutbuk, həm də planşet rejimində işləyir. "Aspire Switch"in 10 və 11-ci modelləri klaviaturanın ayrılması hesabına form-faktorunu dəyişdirir. Modeldən asılı olaraq, ekranda diaqonalın ölçüsü noutbukların adındakı ədədi indeksdən asılıdır, təsvir ölçüsü FullHD (1920x1080 nöqtə) və ya HD (1280x800 nöqtə) təşkil edir.
 
 
Hər iki aparat "Intel" prosessorları ilə təchiz edilib, "Windows 8.1 with Bing" əməliyyat sistemi ilə işləyir, əvvəlcədən "Office 365" ofis paketi quraşdırılıb. Avropada "Switch 10 və 11" modellərinin qiyməti müvafiq olaraq 330 və 400 avrodan başlanacaq.
 
 
Planşetlər
 

 
“Acer” iki ədəd 8 düymlük və bir ədəd 10 düymlük planşetini təqdim edib. Bütün aparatlar “Intel Atom” prosessorları ilə işləyir. “Iconia Tab 8W” modeli “Windows 8.1 with Bing” əməliyyat sisteminin idarəetməsi ilə işləyir, əvvəlcədən “Microsoft Office” paketi quraşdırılıb. Ekranın təsvir ölçüsü 1280x800 nöqtə təşkil edir, çəkisi 370 qr-dır. Avtonom iş vaxtı 8 saatdır.
 
“Android” platforması ilə işləyən “Iconia One 8” planşeti, həmçinin HD (1280x800 nöqtə) təsvir ölçülü ekrana malikdir. Modelin arxa paneli rənglidir. “Iconia Tab 10” modeli, həmçinin “Android” platforması ilə işləyir. 10 düymlük ekranının təsvir ölçüsü FullHD (1920x1080 nöqtə) təşkil edir. Avropada hər iki səkkiz düymlük planşet 150 avro, 10 düymlük isə 200 avro qiymətinə satışa çıxarılacaq.
 
Nümayişdə çıxış edən “Intel” korporasiyasının EMEA üzrə baş meneceri, vitse-prezidenti Kristian Morales deyib ki, kompüter bazarının həcmi yenidən artır və 2014-cü ildə FK tədarükü ötən illə müqayisədə 2% artaraq 275 milyona çatacaq. Planşetlərin tədarükü 18% artaraq 314 milyon olacaq.
“Acer”in baş direktoru və prezidenti Ceyson Çen deyib ki, şirkət bu il vəziyyətini yaxşılaşdırıb və “IDC”-nin qiymətləndirməsinə görə, qlobal kompüter bazarında öz payını 7-dən 7.9%-dək artırıb.
 
Smartfonlar

 
“Acer” şirkəti HD (1280x800 nöqtə) təsvir ölçülü ekrana malik 5 düymlük “Acer Liquid Jade” smartfonunu nümayiş etdirib. Aparat fərdi kompüterlə  idarəetmə texnologiyasını (AcerExtend) dəstəkləyir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL