waplog

Berlində “IFA-2014” sərgisi start götürür


Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində “IFA-2014” 54-cü ümumdünya istehlak və elektronika texnikası sərgisinin rəsmi açılışı olacaq.    
 
 
Sahə üzrə Avropada keçirilən sərgilər arasında ən iri tədbirlərdən biri hesab olunan “IFA” dünyanın aparıcı istehsalçılarının diqqətini cəlb etməkdə davam edir. Sərgi çərçivəsində elektronika texnikası sahəsinin “Samsung”, “LG”, “Toshiba” və “Sony” kimi nəhəng istehsalçılarının bir sıra texnoloji yeniliklərinin nümayişi gözlənilir. Ümumilikdə sərgidə dünyanın 1400-dən çox şirkətinin məhsulları və təklifləri nümayiş etdiriləcək.
 
 
Ziyarətçilər sərgidə intellektual elektronika sahəsinin texnoloji yenilikləri ilə tanış olmaq imkanı əldə edəcəklər. 
 
 
Müxtəlif ixtisaslaşmış sahələr üzrə rəngarəng konfrans, seminar və mühazirələrlə zəngin olacaq “IFA-2014”-də informasiya texnologiyaları sahəsinin bir sıra liderlərin çıxışı nəzərdə tutulur.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL