waplog

“Microsoft” böyük ölçülü taçskrinlərin kütləvi istehsalını planlaşdırır


“Microsoft” bir neçə il öncə multi-touch funksiyasını dəstəkləyən böyük ölçülü ekranların tərtibatçısı kimi tanınan “Perceptive Pixel” (PPI) aldıqda, bu insanlarda suallar yaratmışdı. İndi isə, bu sualların cavabları aydın oldu. Stiven Elopun sözlərinə əsasən, “Microsoft” korporasiyası yaxın zamanda PPI taçskrinlərin kütləvi istehsalına başlaya bilər.
 
Lakin bu təşəbbüsün təfsilatı hələ açıqlanmayıb. Bundan başqa, “Microsoft”un istehsal etdiyi sensor ekranların bazarda tələbat doğuracağı sual altındadır. PPI tərtibatları həmişə baha olub, onların qiyməti 80 min dollar ətrafındadır. Böyük korporativ müştərilər üçün bu cür xərclər o qədər də əhəmiyyətli deyil.
Böyük ölçülü taçskrinlərin buraxılışı kompüter masalarında istifadə edilə bilər. Bu isə  “Microsoft”a bazarda mövqelərini bərkitmək və “ОС Windows 8.1.” istifadə edilən həllərinin çeşidini genişləndirmək imkanı verə bilər.
 
Aynur  Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL