waplog

“WhatsApp” messencerinin auditoriyası 3 milyarda çata bilər


2014-cü il yayın sonunda “WhatsApp” messencerinin aktiv auditoriyası aylıq 600 milyon istifadəçi limitini keçib.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Meksikada bir sıra telekommunikasiya şirkətlərinin sahibi Karlos Slim tərəfindən təşkil edilmiş konfransda çıxış edən “Facebook”un baş direktoru Mark Zukerberq bildirib ki, “WhatsApp” istifadəçilərin qlobal mesajlaşma platformasına çevrilə və ona 2 və ya 3 milyard istifadəçi qoşula bilər. Top-menecer xidmətin hansı müddətdə elan edilmiş həddi ötəcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, ‘Facebook” 2014-cü ilin əvvəlində “WhatsApp”ı 19 milyard dollara satın almasını elan edib.


Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL