waplog

25 startup komandası inkubator mərkəzində yerləşdirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Yüksək Texnologiyalar Parkına (YTP) yarandığı andan bu günə qədər 70-ə yaxın startup müraciət edib.
 
Bununla bağlı sözügedən parkın direktoru Seymur Ağayev məlumat verib.
 
O bildirib ki, 2 il ərzində Azərbaycan gəncləri tərəfindən irəli sürülən çox maraqlı və gələcəyi olan startup layihələri ilə tanış olublar:
 
“Bilirsiniz ki,  pilot layihə olaraq şəhərin mərkəzində biznes inkubator mərkəzi yaradılıb. Həmin biznes inkubator bu ilin yanvar ayından fəaliyyət göstərməkdədir. Yer məhdudiyyətini nəzərə alaraq,  cəmi 25 startup komandası inkubator mərkəzində yerləşdirilib. Onlar mərkəzdə fəaliyyət göstərir və bir sıra üstünlüklər əldə ediblər. Vaxt keçdikcə həmin startup layihələrinin uğurlarını müşahidə edirik”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL