waplog

2013-cü ildə Qazaxıstan Respublikasının elektron ticarət bazarının həcmi 1.5 milyard dolları ötüb


“J'son & Partners Consulting” şirkəti Qazaxıstan Respublikasının elektron ticarət bazarı üzrə tədqiqat nəticələrini açıqlayıb.
 
2009-cu ildə yaşanmış böhrandan sonra Qazaxıstanın iqtisadiyyatında sabit artım tempi müşahidə olunur: 2013-cü ildə ötən illə müqayisədə iqtisadiyyatın 6%-lik inkişafı qeydə alınıb. Qazaxıstan Respublikasında pərakəndə ticarətin ən dinamik seqmenti elektron ticarət sektorudur. “J'son & Partners Consulting” mütəxəssislərinin qiymətləndirməsinə görə, 2013-cü ildə elektron ticarət sektorunun həcmi 1,5 milyard dolları ötüb.
 
“ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, sözügedən bazar hələ sürətli artım mərhələsindədir. Sonrakı üç ildə orta illik artım tempi 25%-dən çox olacaq.
 
Qazaxıstanın “e-commerce” bazarında məişət texnikası və elektronika, xidmətlər və internet-ödənişlərə tələbat çoxdur, bu halda bütün əməliyyatların 33%-dən çoxu Astana və Almatı şəhərində edilir.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL