waplog

Böyük Britaniya Maliyyə Nazirliyi ölkədə qrafenin tədqiqi üzrə ikinci mərkəzin yaradılmasını açıqlayıb


Böyük Britaniyanın maliyyə naziri Corc Osborn ölkədə qrafendən istifadənin tətbiqi üsullarının öyrənilməsi üzrə ikinci mərkəzin yaradılmasını bəyan edib.
 
Belə ki, maliyyə naziri İnnovativ Qrafen Mühəndisliyi Mərkəzinin təsis edilməsinə 60 milyon funt-sterlinqin (97 milyon dollar) ayrılmasını bildirib. Bu məbləğin 20 milyon funt-sterlinqi (32,5 milyon dollar) Böyük Britaniya dövlət büdcəsindən daxil olacaq. 30 milyon funt-sterlinq (48,5 milyon dollar) Əbu Dabidə fəaliyyət göstərən "Misdar" şirkəti (bərpa olunan enerjinin inkişafı ilə məşğul olur) tərəfindən ayrılacaq. Daha 10 milyon funt-sterlinq (16 milyon dollar) Massaçusets Universitetinin Avropa Regional İnkişaf Fondundan (ERDF) aldığı vəsaitlərdən yönəldiləcək.
 
Mərkəz Böyük Britaniyada yeni materialın praktiki tətbiqi üzrə 2012-ci ildə yaradılan Milli Qrafen İnstitutundan sonra ikinci tədqiqat müəssisəsi olacaq. İnşası başa çatmaqda olan institutun maliyyələşdirilməsinə 40 milyon funt-sterlinq (65 milyon dollar) ayrılıb.  
 
"Mərkəz Milli Qrafen İnstitutu ilə birlikdə Böyük Britaniya və Mançester şəhərini yeni maraqlı texnologiyada qabaqcıl imkanlara və dünyada lider mövqelərə sahib olmaq üçün birinci yerə çıxaracaq. Biz qrafenin təkcə Britaniyada kəşf edilməsini yox, onun burada hazırlanmasını istəyirik", - Böyük Britaniya maliyyə naziri qeyd edib.
 
Qeyd edək ki, qrafen poladdan möhkəmdir və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 10 il əvvəl – 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığı sayəsində bu material görünən işıq üçün, demək olar, tam şəffafdır və buna görə mikroelektron qurğularda tətbiq olunmaq üçün çox perspektivli sayılır.    
 
Bundan başqa, gələcəkdə materialın əsasında yaradılacaq qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha davamlı olacaq. Lakin bu hələ son deyil. Qrafen smartfonun internetə qoşulma sürətini yüz dəfə artıra biləcək. Məsələ ondadır ki, material məlumat axınını müasir smartfonlarla müqayisədə daha sürətli ötürür, - "İTAR-TASS www.itar-tass.com" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL