waplog

Dubayda üç yeni əyləncə parkı tikiləcək



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyinin “Meraas Holding” tikinti şirkəti Cəbəl-Əli azad ticarət zonasında üç əyləncə parkının inşası üzrə planını açıqlayıb. Genişmiqyaslı layihənin ilk fazasının 2016-cı ildə başa çatdırılması nəzərdə tutulur.
 
“Dubay parkları və kurortları” adlandırılan layihə BƏƏ baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum tərəfindən dəstəklənib. Tikinti şirkəti layihənin həyata keçirilməsinə artıq 2,7 milyard dollar yatırıb. Nəzərdə tutulur ki, bu əyləncə növü 2020-ci ilədək Dubaya səfər edənlərin sayını 2010-cu ildəki 10 milyondan 20 milyonadək artırmağa kömək edəcək.
 
2014-cü ilin fevralında start verilən layihənin ilkin mərhələsinin 2016-cı ildə başa çatdırılması planlaşdırılır. “Meraas Holding” şirkəti artıq “Motiongate Dubai” və “Bollywood Parks Dubai” tematik parklarında filmlərin səhnələrini yaratmaq üçün ABŞ-ın “Hollywood” və Hindistan kinostudiyaları ilə saziş imzalayıb. Parklar və “Legoland Dubai” kompleksi arasında “Lapita” ailəvi tematik hoteli inşa olunacaq.  
 
“Motiongate Dubai” parkında insanların özlərini “Hollywood” kinohitlərinin personajları kimi hiss etmələri üçün yeni nəsil attraksionlardan istifadə ediləcək. “Bollywood Parks Dubai” dünyanın Hindistan kino sənayesinə həsr edilən ilk, “Legoland” kompleksi isə Yaxın Şərqdə birinci və dünyada yeddinci layihə olacaq, - "www.prian.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL