waplog

“Bitcoin” mübadilə sistemi “Coinbase” Avropada işləməyə başlayır


San-Fransiskoda əsası qoyulan populyar “Bitcoin” mübadilə sistemi “Coinbase” artıq ABŞ-da da məşhurlaşıb.
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, hazırda şirkət fəaliyyətini beynəlxalq səviyyədə genişləndirməsi ilə məşğul olur.
Artıq  “Coinbase” İtaliya, İspaniya, Fransa və Belçika daxil olmaqla 13 Avropa bazarında işə başlayıb. Bu ölkələrdə istifadəçilər “Coinbase” platforması üzərindən “Bitcoin”ləri birbaşa almaq və satmaq imkanı əldə ediblər.
 
 Hazırda “Coinbase”ın Avropa versiyası beta-testləşdirmə mərhələsindədir və tranzaksiyaların ölçülərini günə 500 avro ilə məhdudlaşdırır. Perspektivdə bu məhdudlaşdırma götürüləcək. Qeyd edək ki, bu günədək “Coinbase” platforması təkcə ABŞ-da işləyirdi.

“Coinbase” servisi 2012-ci ildə yaradılıb. Lakin kütləvi istifadəçilərin “Bitkoin”lərə olan maraqları əsasında populyarlaşıb.
 Hazırda “Coinbase” platformasını “Overstock.com” və “Expedia” kimi internet valyuta qəbul edən resurslar istifadə etsə də, tranzaksiyaların əsas hissəsi “Bitkoin”in dollara çevrilməsi üzrə aparılan əməliyyatların payına düşür.
 “Coinbase” saytının məlumatına əsasən, hazırda platformadan dünya üzrə 36 min müəssisə istifadə edir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL