waplog

Azərbaycan Texniki Universitetində “kağızsız texnologiyalar”a əsaslanan sistemin tətbiqinə başlanılır


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlığı sayəsində Azərbaycan Texniki Universiteti (AzTU) “AzTU-da elektron təhsil sisteminin yaradılması layihəsini uğurla başa çatdırdı.

Bu tədris ilindən “kağızsız texnologiyalar”a əsaslanan yeni sistemin tətbiqinə başlayacağıq. Universitetimizdə təhsilin elektronlaşması ilə yanaşı, elektron sənəd dövriyyəsi, distant təhsil və s. kimi yeniliklərin də tətbiqinə çalışacağıq.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Havar Məmmədov Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına (yap.org.az) verdiyi müsahibədə deyib.
 
Rektor müsahibəsində həmçinin Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası prosesində informasiya texnologiyalarının rolundan danışaraq bildirib ki,  ali təhsil sisteminin “Bolonya prosesi” kontekstində modernləşdirilməsinin, təhsilin keyfiyyətinin yüksəldilməsinin və nəticələrinin tanınmasının əsas istiqamətlərindən biri də tədris prosesində və idarəetmə strukturlarında müasir informasiya texnologiyalarının tətbiqidir. Təhsildə informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar həll olunmalı məsələlərin dairəsi genişdir.
 
Təhsildə yeni tədris texnologiyaları açıq və distant təhsil üçün informasiya tədris vasitələrinin yaradılmasını, asinxron tədris texnologiyalarının tətbiqini, elektron dərsliklərin, təhsil portallarının yaradılmasını və multiagentli texnologiyalardan istifadə tələb edir. Bu mənada ölkə təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası prosesində ciddi nəticələr əldə olunmaqdadır və bu yöndə işlər uğurla davam etdirilməkdədir.
 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL