waplog

Kitabxana işində latın əlifbasında UNİCOD standartına əsaslanan resursların toplu kataloqunun inkişafı müzakirəyə çıxarılıb


Qırğızıstanın Bişkek şəhərində Türkdilli Ölkələrin Milli Kitabxanaları direktorları şurasının iclası keçirilib. İclası vitse-prezident, Azərbaycan Milli Kitabxanasının (AMK) direktoru professor Kərim Tahirov açaraq, şuranın 2012-2014-cü illər fəaliyyəti haqqında məlumat verib.
 
İkitərəfli və çoxtərəfli əməkdaşlıq haqqında protokolun məqsədlərinə nail olmaq işçi proqramın hazırlanması,  türkdilli ölkələrin milli kitabxana direktorları şurasının strukturunun yaradılması (Avropa Milli Kitabxana direktorları konfransının (CENL ) strukturuna uyğun), latın əlifbasında UNİCOD standartına əsaslanan resursların toplu kataloqunun inkişafı, informasiya texnologiyalarının tətbiqi məsələləri üzrə nəşrlərin mübadiləsi, türkdilli ölkələrin tarixi şəxsiyyətləri haqqında biblioqrafiyaların tərtibi və nəşri, türk tematikasına uyğun ədəbiyyatın mübadiləsi  və başqa məsələlər geniş müzakirə olunub.
 
Azərbaycan Milli Kitabxanasından bildirilib ki, K.Tahirov, həmçinin Bişkekdə keçirilən Qırğızıstan Milli Kitabxanasının 80 illik yubiley tədbirlərində, Avrasiya Kitabxanalar Assambleyası (BAE) əməkdaşlıq təşkilatının XVI ümumi iclasında, “Avrasiya mədəni-humanitar məkanının möhkəmləndirilməsi və genişləndirilməsində Milli Kitabxanaların rolu” mövzusunda “dəyirmi masa”da da iştirak edib.
 
“Avrasiya mədəni-humanitar məkanının möhkəmləndirilməsi və genişləndirilməsində milli kitabxanaların rolu” mövzusunda təşkil olunan “dəyirmi masa”da K.Tahirov “Respublikada vahid informasiya məkanının yaradılması və informasiya resurslarından səmərəli istifadənin təşkilində milli kitabxanaların rolu” mövzusunda məruzə ilə  çıxış edib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL