waplog

Azərbaycanda İT satınalmalar üzrə işlər sürətlə davam etdirilir


Dünya Bankının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) imzalanmış “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycanda İT satınalmalar üzrə işləri sürətlə davam etdirir.

Bu fikri QKDK-də Dünya Bankının missiyasının rəhbəri Johanna  Jaeger və nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə komitə sədri Rüfət Aslanlı bildirib.
 
Ölkəmizin Dünya Bankı ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini deyən R.Aslanlı “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin həyata keçirilməsi çərçivəsində ölkədə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir qiymətli kağızlar bazarının formalaşdırılmasında müsbət rol oynadığını qeyd edib.
 
Komitənin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, sədr sözügedən layihənin effektiv icrası nəticəsində bazar infrastrukturunun təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
 
 R.Aslanlı QKDK-nın nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzinin cəmiyyətdə maliyyə savadının artırılması, həmçinin maarifləndirmə və məlumatlandırma istiqamətində effektiv işlərin görüldüyünü müsbət hal kimi qiymətləndirdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
 
 
Daha sonra Dünya Bankı missiyasının rəhbəri Johanna  Jaeger layihənin icrası istiqamətində peşəkar işçi qrupunun qurulduğunu, bu istiqamətdə işlərin sürətlə inkişaf etdiyini və layihənin hazırkı mərhələsində vacib məsələlərin həll olunduğunu vurğulayıb, layihənin icrası ilə bağlı təqdim olunan hesabatların Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
 
 
Görüşün sonunda “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin  icrasının nəzərdə tutulmuş müddətlər çərçivəsində tamamlanacağına və  müəyyən olunmuş məqsədlərə nail olunacağına əminlik ifadə olunub.  
 
 
Həqiqət İSABALAYEVA
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL