waplog

“HTC” “Windows Phone Mango” əməliyyat sistemi ilə olan ilk smartfonlarını satışa çıxaracaq


Veb-mənbələrin məlumatına əsasən, “HTC” şirkəti sentyabr ayının 1-i yeni məhsullarını nümayiş etdirəcək.

Həmin gün “HTC” şirkətinin “Windows Phone 7.1” (Mango) platformasında olan ilk smartfonlarının çıxacağı bildirilib.

Hələ ki 2 aparat: 3,7 düym ekranla “Eternity” və 4,5 düym ekranla “Omega” haqqında məlumat verilib. Elan vaxtı sosial şəbəkələrlə qarşılıqlı əlaqə üsulu daxil olmaqla onlar üçün 500-dən çox proqram istifadəyə veriləcək.

“HTC” şirkəti cari rübdə 13,5 milyona qədər smartfon satmağı planlaşdırıb. 2011-ci il ərzində qiymətləndirmələrə əsasən, “HTC” şirkəti 40-50 milyon smartfon sata bilər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL