waplog

QKDK-nın təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayı artıb


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən əhaliyə təqdim edilən elektron xidmətlərdən istifadə edənlərin sayı artıb.

Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə QKDK-nn mətbuat xidmətinin rəhbəri Çingiz Hüseynov məlumat verib. O bildirib ki, ötən il komitəyə 2381 elektron müraciət olub. Cari ilin üç rübü ərzində isə e-müraciətlərin sayı 1795 olub:
 
 “Elektron xidmətlərin tətbiqindən sonra komitənin işinin asanlaşması, vətəndaşların müraciət etmə imkanlarının genişlənməsi, onların rahatlığı təmin edilib. Eləcə də vətəndaşlarla məmur arasında olan birbaşa ünsiyyət minimuma enib. Hər iki tərəfin, yəni həm müraciət edən şəxslərin, həm də komitə rəsmilərinin vaxt itkisinin qarşısı alınıb. Vətəndaşların əlavə xərclər çəkməsi, Komitənin inzibati binasına gəlməsi kimi məsələlər aradan qaldırılıb. Artıq hər bir vətəndaş mənzilində, iş yerində əyləşməklə ona lazım olan prosedurları internet üzərindən həyata keçirə bilir. Yeri gəlmişkən qeyd edim ki, e-xidmətlərin genişləndirilməsi müsbət nəticələr verməkdədir. Xidmətlərimiz ölkə əhalisi tərəfindən müsbət qarşılanır. Elektron şəkildə təqdim edilən xidmətlərin istifadə mexanizminin sadəliyi də ondan yararlanmağa çalışan insanların işini asanlaşdırır. Bu baxımdandır ki, ən kiçik İT bilikləri olan şəxslər də e-xidmətlərdən sərbəst formada, heç kimin köməyinə ehtiyac duymadan istifadə edir”.
 
 
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığını vurğulayan Ç.Hüseynov əlavə edib ki, mətbuatla əməkdaşlığın genişləndirilməsində də informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş şəkildə istifadə edilməyə başlanılıb.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL